20 
Yan
2022
12:12
171
11
899
Virtual karabakh

ATƏT-in yeni rəhbəri koronavirusa yoluxub

20 Yan, 2022
12:12
899

ATƏT-in yeni rəhbəri koronavirusa yoluxub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-ə rəhbərlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau koronavirusa yoluxub. Bu səbəbdən o, İspaniya və Maltaya səfərlərini ləğv etmək məcburiyyətində qalıb.

Bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukas Yasina özünün “Twitter” hesabından xəbər verib.

Bildirilir ki, polşalı diplomat bir müddət təcrid vəziyyətində olacaq, öz vəzifələrini isə belə bir vəziyyət üçün nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq yerinə yetirəcək.

“O, özünü yaxşı hiss edir və mövcud qaydalara uyğun olaraq təcrid olunur”, - deyə məlumata əlavə edilib.

Qurumdan bildirilib ki, nazir daha əvvəl koronavirusa qarşı üç dəfə peyvənd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri