27 
Yan
2022
21:00
343
33
1494
Virtual karabakh

Çavuşoğlu: “Putin Pekin Olimpiya Oyunlarından sonra Türkiyəyə səfər edəcək”

27 Yan, 2022
21:00
1494

Çavuşoğlu: “Putin Pekin Olimpiya Oyunlarından sonra Türkiyəyə səfər edəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri barədə danışıb.

Ankarada Mərkəzi Afrika Respublikasından olan həmkarı Silvi Baipo Temon ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən türkiyəli nazir Putinin Pekin Olimpiya Oyunlarından sonra Türkiyəyə səfər edəcəyini bildirib.

“Möhtərəm prezidentimiz Putini Türkiyəyə dəvət etdi. Səfərin yanvar ayında baş tutması üçün bəzi tarix təklifləri var idi. Lakin onlar uyğun gəlmədi. Artıq Rusiya tərəfi bildirib ki, Putin Pekin Olimpiadasından qayıdandan sonra səfərin tarixi barədə yeni təkliflər verə bilər. Bu gün Rusiya prezidentinin sözçüsü Peskov da bu barədə açıqlama verdi”, - deyə Çavuşoğlu qeyd edib.

Mənbə: “Anadolu”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri