Fev
2022
23:05
17
173
4480
Virtual karabakh

ABŞ-da “bomj”larla çay daşlarının köməyi ilə mübarizə aparılır - FOTO/VİDEO

4 Fev, 2022
23:05
4480

ABŞ-da “bomj”larla çay daşlarının köməyi ilə mübarizə aparılır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Los-Ancelesin “Koreataun” qəsəbəsində səkilərdə onlarla daş peyda olub. ABŞ sakinləri bu yolla  piyadaların keçdiyi küçələrdə tez-tez çadır düşərgələri quran evsizlərlə mübarizə aparmaq qərarına gəlib.

Bununla belə, Los-Anceles hakimiyyəti küçələrin bağlanmasını və barrikadaların quraşdırılmasını evsizlərlə məşğul olmaq üçün qəbuledilməz üsul hesab edir – şəhər rəhbərliyi təşəbbüsün müəllifini axtarmağa başlayıb.

Lakin evsizlərin basqınlarından yorulan məhəllə sakinləri səkilərə daş döşənməsinə dəstək veriblər. Daşlar evsiz insanların küçələrdə rahat qalmasını çətinləşdirir ki, bu da ərazini biznes üçün cəlbedici və yaşayış üçün daha xoş edir.

2021-ci ilin avqustunda Los-Anceles meri Erik Qarsetti “bomj”ların küçələrin müəyyən hissələrində məskunlaşmasını qadağan edən fərman imzalayıb. Yeni qərara əsasən, evsizlər təhsil ocaqlarının, parkların, məşhur yolların yanında məskunlaşa bilməz.

Yanlış yerlərdə qalmaya görə şəhər xidmətləri evsizləri 14 gün maddətində yerlərini dəyişmək zərurəti barədə xəbərdar edir, bu, baş vermədikdə isə cərimələnirlər.

Mənbə: ABC7

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri