19 
Fev
2022
07:10
137
34
1790
Virtual karabakh

Xorvatiyanın baş naziri ölkə prezidentini “bardakı sərxoş” adlandırdı

19 Fev, 2022
07:10
1790

Xorvatiyanın baş naziri ölkə prezidentini “bardakı sərxoş” adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiyanın baş naziri Andrey Plenkoviç Xorvatiya prezidenti Zoran Milanoviçin NATO-nun şərqə doğru genişlənməsi məsələsi ilə bağlı bəyanatlarını və NATO əleyhinə fikirlərini pisləyib.

Bu barədə yerli media məlumat yayıb.

Fevralın 18-də Milanoviç regionda NATO qoşunlarının olması məsələsi ilə bağlı mövqeyini açıqlayıb və deyib ki, “bütün ömrü boyu NATO-nun şərqə doğru genişlənməsini izləyib və artıq kifayətdir”.

Plenkoviç siyasətçinin sözlərinə kəskin mənfi münasibət bildirib və onun siyasi mədəniyyət səviyyəsini “bardakı sərxoş” insanın mövqeyinə yaxın adlandırıb.

“Xarici siyasət sahəsində onun hərəkətləri zərərli, daxili siyasətdə isə zəhərlidir. Onun danışığı şifahi vəhşilik səviyyəsindədir. Onun Xorvatiya dövlətinin hər hansı bir sahəsinin yaxşılaşmasına töhfəsi isə sıfıra bərabərdir”, deyə baş nazir Milanoviçin iki illik prezidentlik müddətinin nəticələrini şərh edərkən bildirib.

Mənbə: dnevnik.hr

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri