24 
Fev
2022
10:44
184
20
3399
Virtual karabakh

“Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv etdi - TƏCİLİ + VİDEO

24 Fev, 2022
10:44
3399

“Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv etdi - TƏCİLİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən “Buta Airways” aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

Rosaviasiyanın məlumatına əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər:

“Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik” - aviaşirkətin açıqlamasında bildirilib.

“Buta Airways”in rəsmi sosial şəbəkə səhifələri:

facebook.com/ButaAirways

instagram.com/ButaAirways

twitter.com/ButaAirways

vk.com/ButaAirwaysru

t.me/ButaAirways

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri