25 
Fev
2022
02:00
452
21
12083
Virtual karabakh

Ukraynada son vəziyyət: Arestoviç əsas mövqelər barədə danışıb

25 Fev, 2022
02:00
12083

Ukraynada son vəziyyət: Arestoviç əsas mövqelər barədə danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada əsas mövqelərdə Rusiya hərbçiləri ilə toqquşmalar davam edir.

Bunu Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç bildirib.

O qeyd edib ki, döyüşlər, xüsusilə birləşmiş qüvvələrin əməliyyat apardıqları ərazilərdə daha kəskin xarakter daşıyır.

Arestoviç Belarus istiqamətindəki rus qoşunlarının Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirdiyini bəyan edib.

Onun sözlərinə görə, Çerniqov istiqamətində döyüşlər Çerniqovun şimalında davam edir.

Prezidentin müşaviri bildirib ki, Sumı hələ də Ukrayna Silahlı Qüvvələrinin əlindədir, lakin rus qoşunları artıq şəhərin şimal məhəlləsindədir.

Eyni zamanda, Arestoviç əlavə edib ki, Ukrayna hərbçiləri Xarkovda ciddi müqaviət göstərir və şəhər təslim olmayıb.

Həmçinin, o bildirib ki, rus hərbçiləri Melitopol istiqamətində hərəkət edir.

Onlar indiyədək sağ sahilə keçə bilməyiblər və buna görə də Xerson uğrunda döyüşlər davam edir.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri