Mar
2022
15:43
1390
43
4208
Virtual karabakh

Daha bir alman avtomobil brendi Rusiyanı tərk edir - YENİLƏNİB + FOTO

3 Mar, 2022
15:43
4208

Daha bir alman avtomobil brendi Rusiyanı tərk edir - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Volkswagen” konserni Rusiyanın Kaluqa və Nijni Novqoroddakı zavodlarında istehsalı dayandırdığını açıqlayıb.

Şirkət bildirib ki, Rusiyaya tədarüklər də dərhal dayandırılır.

“Rusiyanın Ukraynaya hücumu fonunda “Volkswagen Group” Rusiyada (Kaluqa, Nijni Novqorod) növbəti xəbərdarlığa qədər avtomobil istehsalını dayandırdığını elan edib. Rusiyaya avtomobil ixracı da dərhal dayandırılıb”, - şirkətin “Twitter” hesabında yazılıb.

10:20

“Mercedes-Benz” şirkəti Moskva vilayətində yerləşən zavodunda avtomobillərin istehsalını dayandırır. 

Bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.

Həmçinin Rusiya bazarına bu markanın minik və yüngül yük avtomobillərinin tədarükü də dayandırılacaq.

Qeyd olunur ki, şirkətin bu qərarı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlara cavab olaraq qəbul edilmiş sanksiyalar çərçivəsində baş verib.

 

Bizimlə əlaqə saxlayın