13 
Mar
2022
02:00
693
49
1797
Virtual karabakh

Ukraynalı tanınmış boksçu: “Biz öz torpağımızdayıq, öz pravoslav Ukrayna torpağımızda” - VİDEO

13 Mar, 2022
02:00
1797

Ukraynalı tanınmış boksçu: “Biz öz torpağımızdayıq, öz pravoslav Ukrayna torpağımızda” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynalı tanınmış boksçu Aleksandr Usik həmvətənlərinə və Rusiya xalqına müraciət ünvanlayıb.

O, öz müraciətində qeyd edib ki, Rusiya ordusu faşizmlə mübarizə bəhanəsi ilə Ukraynanın xəstəxanalarını, məktəb binalarını, şəhərlərini bombardman edir, yaşayış məntəqələrini yer üzündən silir.

“Biz öz torpağımızdayıq, öz pravoslav Ukrayna torpağımızda! Biz Ukraynamazı yenidən bərpa edəcəyik. Əlimizdə olan bütün vəsaitimizi gözəl ölkəmizin bərpasına xərcləməyə hazırıq”, - deyə Aleksandr Usik vurğulayıb.

Tanınmış boksçu Ukrayna xalqına da səslənərək onlara vətənlərinin müdafiəsində göstərdikləri əzmkar mübarizəyə görə təşəkkür edib.

“Xahiş edirəm, hər evdən çıxanda Allaha dua edin. Bizim hərbçilərimiz üçün dua edin. Vətənimizi müdafiə edən hamı üçün dua edin. Biz hamız dua edirik, Allahın qüdrəti ilə hər şey yaxşı olacaq”.

Mənbə: Segodnya.Ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri