25 
Mar
2022
03:57
19
216
2848
Virtual karabakh

İnsan qanında ilk dəfə mikroplastiklər tapıldı

25 Mar, 2022
03:57
2848

İnsan qanında ilk dəfə mikroplastiklər tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amsterdam Universitetinin alimləri ilk dəfə olaraq insan qanında mikroplastiklər aşkar ediblər.

Yeni kəşf sübut edir ki, hissəciklər bədəndə hərəkət edərək müxtəlif orqanlarda yerləşə bilər.

Tədqiqatçılar 22 anonim donordan alınan qan nümunələrini analiz edib və onlardan 17-də ölçüsü 0,0007 mm-ə qədər kiçik olan plastik hissəciklər tapıblar.

Nümunələrin yarısında, adətən içki şüşələrində istifadə olunan PET plastik, üçdə birində isə qida qablaşdırmasında istifadə edilən polistirol var. Qan nümunələrinin dörddə birində plastik torbaların hazırlanmasında istifadə edilən polietilen aşkar olunub. Bəzi nümunələrdə isə iki və ya üç növ plastik cəmləşib.

Qeyd edək ki, mikroplastiklərin insan sağlamlığına təsiri hələ də məlum deyil.

Mənbə: rtvi.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri