26 
Mar
2022
18:07
147
312
3671
Virtual karabakh

Minaya görə bağlanan Bosforda gəmilərin hərəkəti bərpa edildi - YENİLƏNİB + FOTO/VİDEO

26 Mar, 2022
18:07
3671

Minaya görə bağlanan Bosforda gəmilərin hərəkəti bərpa edildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minaya oxşayan cismin aşkarlanması səbəbindən gəmilərin hərəkətinə bağlanan Bosfor boğazının işi bərpa edilib. 

Bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb. 

“Bosfor boğazı gəmiçilik üçün açıqdır”, - qurumun “Twitter” səhifəsində paylaşılmış məlumatda deyilir.

14:33

Türkiyə Milli Müdafiə Nazirliyi Bosfor boğazında minaya bənzər cismin zərərsizləşdirildiyi barədə məlumat yayıb. 

“Martın 26-da Bosfor ərazisində mülki kommersiya gəmisi tərəfindən minaya bənzəyən cismin aşkarlandığı haqda məlumat alınandan dərhal sonra sahil mühafizə dəstələri operativ şəkildə hadisə yerinə göndərilib. Minaya oxşayan cisim sualtı müdafiə qüvvələri tərəfindən nəzarətə alınaraq zərərsizləşdirilib”, - məlumatda deyilir.

Mənbə: TASS

14:12

İstanbul boğazının Qara dənizdən girişində yad cisim aşkarlanıb.

Türkiyə mətbuatı xəbər verir ki, mina olduğu ehtimal edilən cismin Rusiya-Ukrayna müharibəsi ilə bağlılığı araşdırılır.

Bosfor boğazında yad cismi ilk balıqçılar görüblər. Bundan sonra sahil mühafizə xidməti onun araşdırılması və zərərsizləşdirilməsi üçün hərəkətə keçib. Gəmilərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

KİV qeyd edir ki, Rusiya gəmilərinin qarşısını almaq üçün Ukraynanın Odessa tərəfdən Qara dənizə buraxdığı minaların fırtına səbəbi ilə İstanbula qədər üzüb gəlmək ehtimalı böyükdür.

Mənbə: Ntv.com.tr

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri