30 
Mar
2022
18:36
258
18
1458
Virtual karabakh

Malışevanın aparıcısı olduğu verilişlə bağlı iddia: Əməkdaşların maaşı ödənilməyib, bağlanır

30 Mar, 2022
18:36
1458

Malışevanın aparıcısı olduğu verilişlə bağlı iddia: Əməkdaşların maaşı ödənilməyib, bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın məşhur “Jit zdorovo” (“Yaşamaq gözəldir”) verilişinin yayımının dayandırıldığı barədə xəbər yayılıb.

İlkin məlumata görə, verilişin tanınmış aparıcısı Yelena Malışeva əməkdaşlarını toplayaraq “Jit zdorovo”nun ən azı sentyabr ayına qədər efirdə olmayacağını söyləyib.

Televiziya aparıcısı həmçinin bildirib ki, verilişin sentyabr ayından sonra fəaliyyətini bərpa edəcəyi də sual altındadır.

Digər məqam isə “Jit zdorovo” verilişinin yaradıcı heyətinin maaşlarının ödənilməməsi ilə bağlıdır.

Belə ki, kollektivin fəaliyyəti müvəqqəti müqavilə əsasında həyata keçirildiyindən hələlik onların əməkhaqları hesablarına köçürülməyib.

Məlumata görə, Y.Malışevanın verilişinin bağlanması Rusiyanın “Pervıy Kanal”ının yayım cədvəlində dəyişikliklərin baş verməsi ilə əlaqədardır.

Ukraynadakı vəziyyətə görə “Pervıy Kanal”ın rəhbərliyi əyləncəli verilişlərin yayımını dayandırıb və indi orada əsasən xəbər xarakterli proqramlar yayımlanır.

TASS-ın bununla bağlı telekanala ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, onu bağlamaq niyyətləri yoxdur, sadəcə veriliş cədvəlində dəyişikliklər olduğuna görə hələlik efirə verilmir.

“Layihənin bağlanmasından söhbət gedə bilməz”, - cavabda bildirilib.

Mənbə: “BAZA” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri