Apr
2022
10:12
17
397
4835
Virtual karabakh

“İskəndər M” raketləri ilə atəşə tutulan Odessadan FOTOREPORTAJ + VİDEO

4 Apr, 2022
10:12
4835

“İskəndər M” raketləri ilə atəşə tutulan Odessadan FOTOREPORTAJ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir həftədə Odessaya Qara dənizdən və Rusiyanın ilhaq etdiyi Krımdan raket və pilotsuz uçuş aparatlarının hücumları daha da genişlənib.

Krımın təxminən 300 kilometrliyində yerləşən Odessaya son günlər raket hücumlarının sayının artması xüsusilə Rusiya qoşunlarının Ukraynanın Kiyev, Çerniqov və Sumı istiqamətində geri oturdulması fonunda baş verir. Bu səbəbdən şəhərin istər havadan, istərsə də qurudan müdafiəsi son günlər dəfələrlə gücləndirilib. Gün ərzində ən azı 3 dəfə həyəcan siqnalı verilən Odessanın küçələri və yolları ciddi müdafiə istehkamına çevrilib. Buna baxmayaraq, Rusiya raket hücumlarını davam etdirir. Bunlar arasında ağır “İskəndər M” raketləri də müşahidə olunur.

Onların böyük əksəriyyəti Ukrayna Hava Hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilir.

“Report”un Şərqi Avropa bürosu Odessa vilayətindən hazırladığı fotoreportajı təqdim edir:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri