Apr
2022
08:20
51
368
2246
Virtual karabakh

Kim Çen Inın bacısı Cənubi Koreyanı nüvə silahı ilə hədələyib

6 Apr, 2022
08:20
2246

Kim Çen Inın bacısı Cənubi Koreyanı nüvə silahı ilə hədələyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreya hərbi qarşıdurmaya girərsə, Pxenyan nüvə silahından istifadə edəcək.

Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, bunu KXDR lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Çjon deyib.

O, həmçinin qeyd edib ki, birinci zərbəni KXDR vurmayacaq.

“Cənubi Koreya hərbi qarşıdurmaya girərsə, bizim nüvə döyüşçü qüvvələrimiz qaçılmaz olaraq öz vəzifələrini yerinə yetirməli olacaq”, - deyə Kim Yo Çjon bildirib.

O, həmçinin qeyd edib ki, Cənubi Koreyanın müdafiə nazirinin KXDR-ə qarşı qabaqlayıcı zərbədən danışması çox böyük səhvdir.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri