Apr
2022
15:24
534
35
1406
Virtual karabakh

Ərdoğan Nobel Sülh Mükafatına namizəd ola bilər

8 Apr, 2022
15:24
1406

Ərdoğan Nobel Sülh Mükafatına namizəd ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli siyasətçilər ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə çağırıblar.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) hesab edir ki, Ərdoğan Rusiya və Ukraynanı barışdırmaq üçün bir vaxtlar ABŞ Prezidenti Barak Obamanın İsrail və Fələstin arasındakı münaqişəni həll etməsindən daha çox iş görüb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyet” qəzetinə müsahibəsində bu fikirlərlə razılaşdığını bildirib. Çavuşoğlu Obamanın “əslində heç nə etmədiyini” deyib.

“Lakin bizim prezidentimiz daha çox iş görüb, ona görə də o, Nobelə layiqdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, Barak Obama 2009-cu ildə Nobel Sülh Mükafatına namizəd olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri