Apr
2022
13:38
39
310
2792
Virtual karabakh

Çində koronavirusla bağlı yeni sutkalıq rekord

9 Apr, 2022
13:38
2792

Çində koronavirusla bağlı yeni sutkalıq rekord

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində ötən gün ərzində koronavirusa 25 165 yeni yoluxma hadisəsi qeydə alınıb. Bu bütün pandemiya dövrü üçün yeni sutkalıq rekorddur.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin dərc etdiyi məlumatdan aydın olur.

Göstərici ötən günlə müqayisədə 4% yüksək olub və bir həftə əvvəl qeydə alınan infeksiya artım dinamikasını 2,5 dəfə üstələyib.

Bildirilir ki, cümə günü müəyyən edilən yoluxanlar arasında yalnız 1 350 nəfərdə qızdırma, öskürək və halsızlıq müşahidə olunub, qalan 23 815 nəfər isə simptomsuz daşıyıcıdır.

COVID-19-a yoluxmuş şəxslərdən yalnız 94-ü xaricdən gəlib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri