13 
Apr
2022
12:14
426
42
1016
Virtual karabakh

Bayden Putinin Ukrayna siyasətini “soyqırımı” adlandırdı - VİDEO

13 Apr, 2022
12:14
1016

Bayden Putinin Ukrayna siyasətini “soyqırımı” adlandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden növbəti dəfə Rusiya lideri Vladimir Putinin ünvanına sərt tənqid səsləndirib.

Bu dəfə o, RF dövlət başçısının Ukrayna siyasətini “soyqırımı” hesab etdiyini bildirib.

Əvvəlcə o, Ayova ştatında çıxışı zamanı bu barədə danışıb. Daha sonra jurnalistlər sözügedən ifadə ilə bağlı siyasətçiyə bir daha sual ünvanlayıblar.

“Bəli, mən bunu soyqırımı adlandırdım, çünki getdikcə daha da aydın olur ki, Putin ukraynalıların hətta mövcudluğu fikrini Yer üzündən silməyə çalışır”, - deyə Bayden sözlərini izah edib.

O vurğulayıb ki, ABŞ administrasiyasında belə bir iddianın lehinə ​​çoxlu sübutlar var.

“Rusiyanın Ukraynadakı hərəkətləri dəhşətlidir”, - deyə Bayden bəyan edib.

Qeyd edək ki, bu ABŞ prezidentinin ilk belə açıqlaması deyil. Belə ki, martın sonunda Varşavaya səfəri çərçivəsində Bayden Putin haqqında danışarkən, Rusiya liderinin hakimiyyətdə qala bilməyəcəyini bəyan etmişdi.

Daha əvvəl Bayden Polşa və Ukrayna sərhədində ukraynalı qaçqın düşərgəsində jurnalistin sualını cavablandırarkən Putini “qəssab” adlandırıb. Bundan başqa o, Rusiya prezidentini “hərbi cinayətkar” hesab etdiyini deyib.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri