14 
Apr
2022
09:08
366
30
2682
Virtual karabakh

İki ölkənin rəhbəri Rusiyanın Ukraynada törətdiklərini soyqırımı adlandırdı

14 Apr, 2022
09:08
2682

İki ölkənin rəhbəri Rusiyanın Ukraynada törətdiklərini soyqırımı adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kolumbiya Prezidenti İvan Duke Markes Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı adlandırıb və bu özbaşınalığa son qoyulmasını tələb edib.

“Şimali Amerika və Avropa ölkələri dəqiq bilirlər ki, onlar daha Rusiyadan enerji təchizatına arxalana bilməzlər. Kolumbiya problemin həllinə töhfə verə bilərmi? Cavab - bəli”, -  deyə İvan Duke Markes CNN-ə müsahibəsində deyib.

Kanadanın Baş naziri Castin Trüdo Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı adlandırmağı düzgün hesab edir.

O, Rusiya Federasiyasının hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətdiyini, buna görə Putinin cavab verməli olduğunu vurğulayıb.

“Soyqırımının müəyyənləşdirilməsi üçün rəsmi prosedurlar var, lakin mən hesab edirəm ki, daha çox insanın soyqırımı sözünü Rusiyanın etdikləri, Vladimir Putinin etdikləri ilə bağlı işlətməsi tamamilə düzgündür”.

Mənbə: UNIAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri