15 
Apr
2022
02:01
578
26
1333
Virtual karabakh

Ali Rada Rusiyanın Ukraynaya qarşı müharibəsini Ukrayna xalqının soyqırımı kimi tanıyıb

15 Apr, 2022
02:01
1333

Ali Rada Rusiyanın Ukraynaya qarşı müharibəsini Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Ali Radası bugünkü iclasında Rusiyanın Ukraynaya qarşı müharibəsini Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Sənədi 363 ukraynalı deputat dəstəkləyib.

Sənəddə vurğulanır ki, Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, başlatdıqları müharibənin məqsədlərindən biri Ukraynananın “demilitarizasiyası” və “denasifikasiyası”dır.

“Bu isə açıq və aydın olaraq o deməkdir ki, Kreml ukraynaca danışan, özünü ukraynalı hiss edən və bu ölkədə yaşamağa çalışan insanları hədəfə alıb. Aydındır ki, ruslar ukraynalıların öz müqəddəratını təyinetmə hüququnu inkar edirlər, bu, beynəlxalq hüquqi nizamın əsas prinsipidir”, - qərarda qeyd olunub.

Mənbə: Rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri