16 
Apr
2022
16:00
104
21
2006
Virtual karabakh

Ukrayna-Rusiya sərhədindən REPORTAJ - VİDEO

16 Apr, 2022
16:00
2006

Ukrayna-Rusiya sərhədindən REPORTAJ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Ukraynanın Rusiya ilə sərhədində sonuncu böyük qəsəbələrdən olan Velikaya Pisarivkada sakinlərin hazırkı vəziyyəti ilə tanış olub. 

Ukraynanın beş minə qədər əhalisi olan Velikaya Pisarivka qəsəbəsi Rusiya ilə sərhəddən 35 kilometrlikdə yerləşir. Bu qəsəbədən sonra Ukraynanın Rusiya ilə sərhədi başlayır. 

Qəsəbənin digər özünəməxsusluğu da ondadır ki, Rusiyanın Ukraynaya hücumunun ilk günlərində Sumının özü ilə yanaşı, Kiyev, Çerniqov və Xarkov istiqamətində də hücuma keçən Rusiya ordusunun böyük hissəsi məhz bu qəsəbədən keçib. 

Artıq Ukraynanın şimal-şərq hissəsindən Rusiya qoşunlarını çıxaran Ukrayna ordusu bu qəsəbəyə də nəzarəti tam bərpa edib. Buna baxmayaraq, sərhədyanı ərazi artilleriya atəşinə tutulur. Qəsəbə sakini Volodimir Vilnik deyir ki, Rusiya ilə sərhəddə yaşamaq artıq çətindir. Bizim onlarla işimiz yoxdur, amma onlar atəş açırlar.

“İlk gündə buraya daxil olmuşdular, heç nə etmədilər, sadəcə keçib getdilər. Gərginlik çoxdur. Nəyin baş verəcəyini bilmirik”, - deyə qəsəbə sakini əlavə edib. 

“Belə hadisələrin baş verəcəyini heç gözləmirdik. Sakit həyat yaşayırdıq, indi isə çox narahatıq. 1-2 saat sonra nə olacağını bilmirik. Elə dünənki hadisəni götürək. İki həftə ərzində sakitlik idi, amma dünən raket atdılar, qarşıdakı evə tuş gəldi. Yaxşı ki, partlamadı, yoxsa ölənlər, zərər çəkənlər olardı”, - deyə digər qəsəbə sakini Viktor Honterenko qeyd edib.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri