20 
Apr
2022
07:50
516
44
2708
Virtual karabakh

Pentaqon Kiyevə yeddi təyyarə ilə hərbi yardım göndərəcək

20 Apr, 2022
07:50
2708

Pentaqon Kiyevə yeddi təyyarə ilə hərbi yardım göndərəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pentaqon yaxın vaxtlarda Ukraynaya hərbi yardım aparan yeddi təyyarənin ABŞ-ı tərk edəcəyini bildirib.

“Növbəti 24 saat ərzində ABŞ-dan bölgəyə yeddiyə yaxın uçuş gözləyirik”, -deyə yüksək səviyyəli Pentaqon rəsmisi brifinqdə məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden bəyan etmişdi ki, Vaşinqton Ukraynaya artilleriya, zirehli personal daşıyıcıları və helikopterlərdən ibarət yeni 800 milyon dollarlıq hərbi yardım paketi təqdim edir.

Pentaqondan verilən şərhə görə, Ukrayna qüvvələrinə 200 ədəd M113 zirehli transportyoru, 18 155 mm-lik haubitsa və onlar üçün 40 min mərmi veriləcək. Bundan əlavə, 800 milyon dollarlıq yardım paketinə 11 Rusiya və ya Sovet istehsalı olan Mi-17 helikopteri, 300 “Switchblade” sursatı, 100 zirehli cip, 500 “Javelin” raketi və “minlərlə” digər tank əleyhinə sistemlər daxildir.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri