20 
Apr
2022
13:40
270
19
3406
Virtual karabakh

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

20 Apr, 2022
13:40
3406

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 20 900-ə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 815 tankı, 2087 zirehli döyüş maşını, 391 artilleriya sistemi, 136 reaktiv yaylım atəş sistemi, 67 HHM sistemi, 171 təyyarəsi, 150 helikopteri, 1 504 avtomobil texnikası, səkkiz kateri, 76 yanacaq-sürtkü materialları çəni, 165 kəşfiyyat PUA-sı, 27 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksi məhv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri