22 
Apr
2022
12:56
350
22
1649
Virtual karabakh

Rusiya 21 mindən çox hərbçisini itirib – Ukrayna MN-dən Yenilənmiş SİYAHI + FOTO

22 Apr, 2022
12:56
1649

Rusiya 21 mindən çox hərbçisini itirib – Ukrayna MN-dən Yenilənmiş SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 21 200-ə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 838 tankı, 2162 zirehli döyüş maşını, 397 artilleriya sistemi, 138 reaktiv yaylım atəş sistemi, 69 HHM sistemi, 176 təyyarəsi, 153 helikopteri, 1 523 avtomobil texnikası, səkkiz kateri, 76 yanacaq-sürtkü materialları çəni, 172 kəşfiyyat PUA-sı, 27 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksi məhv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri