29 
Apr
2022
03:29
202
24
4511
Virtual karabakh

Atom gəmisinin kapitanı Arktikada nadir təbiət hadisəsini lentə alıb - VİDEO

29 Apr, 2022
03:29
4511

Atom gəmisinin kapitanı Arktikada nadir təbiət hadisəsini lentə alıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atom buzqıran gəmisinin kapitanı Andrey Tenitski Arktikada nadir təbiət hadisəsini - Günəş halosunu lentə alıb. Bu hadisənin əks olunduğu video “Vkontakte” sosial şəbəkəsi və “Atomflot” Federal Dövlət Unitar Müəssisəsinin qrupunda yayımlanıb.

Kadrlarda Şimal Buzlu okeanının üzərində rəngarəng işıq diski ilə çevrələnmiş Günəş ecazkar bir görüntü yaradır. Videonun müəllifi bunu həmin an buz örtüyü ilə əhatə olunmuş atom gəmisinin göyərtəsindən lentə alıb. Gəminin okeandakı dəqiq koordinatları barədə isə məlumat verilmir.

Oxşar hadisə əvvəllər Yamal sakini tərəfindən də lentə alınmışdı. Nadımdan 20 kilometr aralıda optik illüziyaların əks olunduğu kadrları lentə almağa nail olmuşdu.

Murmanskda da qeyri-adi atmosfer hadisəsini - qütb stratosfer buludlarını qeydə almaq mümkün olub. Onlar 20 kilometrdən çox yüksəklikdə ozonun aşağı konsentrasiyasında və aşağı temperaturda əmələ gəlir.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri