May
2022
15:30
223
27
4052
Virtual karabakh

Rövşən Əsgərov: “Mən başa düşdüm ki, artıq orada sıxılıram və Rusiyanı tərk etdim” - VİDEO

2 May, 2022
15:30
4052

Rövşən Əsgərov: “Mən başa düşdüm ki, artıq orada sıxılıram və Rusiyanı tərk etdim” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Caliber” analitik “YouTube” layihəsinin müəllifi Heydər Mirzə “Nə? Harada? Nə vaxt?” intellektual oyunun iştirakçısı, jurnalist Rövşən Əsgərovdan müsahibə götürüb.

Bakıda olan Rövşən Əsgərov Rusiyanın 24 fevraldan etibarən Ukraynaya qarşı başladığı hərbi təcavüz və Georgi Jukov haqqında yazdığı məlum statusdan danışıb, həmçinin müasir Rusiyada baş verən prosesləri şərh edib.

“İnsanları müharibəyə hazırlayırdılar. Bunu Osloda Muratov (Nobel mükafatına layiq görülmüş “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratovu nəzərdə tutur) da qeyd etmişdi.

İnsanların beyinlərinə yeridirdilər ki, biz mühasirəyə alınmış qaladayıq...Mənim üçün faciə o oldu ki, artıq insanlar buna hazırlaşdırılırdı və insanlar müharibə ideyasını dəstəkləməyə başlayırdı. Mən başa düşdüm ki, artıq orada sıxılıram və mən Rusiyanı tərk etdim”, - Rövşən Əsgərov vurğulayıb.

“Qorxaraq bu müharibəni “xüsusi hərbi əməliyyat” adlandırmaq olar. Ancaq mahiyyətcə hazırda baş verənlər müharibədir. Çünki insanlar öldürülür, hərbi əməliyyatlar aparılır. Mən görürəm ki, Rusiya buna çoxdan hazırlaşırdı. Bu, bir günün, bir həftənin məsələsi deyil.

24 fevraldan sonra Moskva küçələrində “Bizim başqa çıxışımız yox idi” kimi alçaldıcı reklam lövhələri asılmışdı. Bu ifadələr Prezidentin portreti altında yazılmışdı və guya özünə haqq qazandırmaq məqsədi daşıyırdı. Düşünən insanlar, ağıllı və uğurlu adamlar - onlar hamısı Rusiyanı tərk edir. Onlar özlərini bu ölkə ilə assosiasiya etmək istəmir. Onları nəzarətlərində olan kütləvi informasiya vasitələri ilə danlamaq olar, amma ağlı olan hər kəs fikirləşməlidir, niyə biliyi, istedadlı, intellekti olan insanlar ölkəni tərk edir”, - deyə Rövşən Əsgərov vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Federasiyasının İstintaq Komitəsi məşhur azərbaycanlı bilici Rövşən Əsgərova qarşı nasizm ideyalarına haqq qazandırılması maddəsi üzrə cinayət işi açıb.

Onun “Facebook” səhifəsində marşal Georgi Jukov barəsində təhqiramiz fikirlər yazdığı qeyd olunub.

Məşhur həmyerlimizin fikirləri ilə ətraflı olaraq “Caliber”in yayımladığı müsahibədən tanış ola bilərsiniz:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri