May
2022
10:38
170
11
2341
Virtual karabakh

NATO Ukraynadakı müharibənin həlledici mərhələsinin vaxtını proqnozlaşdırdı

7 May, 2022
10:38
2341

NATO Ukraynadakı müharibənin həlledici mərhələsinin vaxtını proqnozlaşdırdı

Ukraynadakı müharibə yaxın həftələrdə həlledici mərhələyə keçəcək.

Bu barədə NATO baş katibinin müavini Mirça Coane proqnoz verib.

“Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin həlledici mərhələsinə qədəm qoyuruq. Müharibə daha uzun sürsə belə, qarşıdakı həftələrin həlledici olacağını gözləyirik”, - deyə o bildirib.

Bununla yanaşı, Coane vurğulayıb ki, Alyans müharibənin şiddətlənəcəyini və NATO-nun münaqişəyə cəlb olunacağını gözləmir.

“Biz hərbi baxımdan Rusiyanın xüsusən də NATO ilə münaqişəni gərginləşdirmək istədiyini və ya gərginləşdirə biləcəyini görmürük. Bəlkə də, NATO-nun şərq cinahında əhəmiyyətli əlavə qüvvələr səfərbər etməsi karıxdırıcı məqam oldu, tarixdə ilk dəfə olaraq şərq ölkələri üçün müdafiə planını işə saldıq”, - deyə Coane əlavə edib.

Onun sözlərinə görə, Ukraynada müharibə daha intensiv və daha çox itki ilə davam edəcək, lakin Rusiya ilə NATO arasında eskalasiya riski yoxdur.

“Biz belə bir ssenarinin qarşısını almağa çalışırıq”, - deyə Coane vurğulayıb.

Mənbə: Al Jazeera

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri