May
2022
20:42
41
177
1781
Virtual karabakh

Makron Aİ-yə alternativ yaratmağı təklif edib

9 May, 2022
20:42
1781

Makron Aİ-yə alternativ yaratmağı təklif edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna və Avropanın digər ölkələrinin Aİ-yə daxil olmaqla yanaşı, Avropa birliyinə inteqrasiya üçün alternativ variantı olmalıdır.

Bunu Fransa prezidenti Emmanuel Makron deyib.

“Biz mənim Avropa siyasi icması adlandırdığım bir qurum yaratmalıyıq. Avropanın bu yeni təşkilatı bizim əsas prinsiplərimizə sadiq qalan demokratik Avropa ölkələrinə yeni əməkdaşlıq imkanları - siyasi, müdafiə, enerji və nəqliyyat, investisiya, infrastruktur, sərhəd sahələrində əməkdaşlıq imkanları verəcək. Bu icmaya qoşulmaq gələcəkdə Aİ-yə məcburi üzvlük demək deyil. Həmçinin, icmanın qapıları Aİ-dən çıxan ölkələr üçün də açıq olacaq” - deyə Fransa lideri təklif edib.

O, həmçinin əlavə edib ki, Ukrayna və Britaniya belə bir “icma”ya qoşulmağa ilk iddiaçılar ola bilər.

Makron qeyd edib ki, öz təşəbbüsünü gələn həftə digər dünya liderləri ilə müzakirə edəcək.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri