10 
May
2022
14:24
60
186
1018
Virtual karabakh

Şanxayda COVID-19 pandemiyasına görə metro bağlanıb

10 May, 2022
14:24
1018

Şanxayda COVID-19 pandemiyasına görə metro bağlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çərşənbə axşamı günortadan sonra Şanxay metrosunun son iki xətti də bağlanıb və beləliklə şəhər metrosu fəaliyyətini tamamilə dayandırıb.

“10 may 2022-ci il saat 13:00-dan növbəti bildirişə qədər Şanxay metrosunun altıncı və on altıncı xətləri fəaliyyətlərini dayandırıb. Hazırda Şanxay metrosunun bütün xətləri və stansiyaları qeyri-işlək rejimdədir”, – deyə metropolitenin “Weibo” sosial media hesabında yayımlanan məlumatında qeyd olunur.

Şanxay metrosu uzunluğuna görə dünyada birinci yerdədir - 831 kilometr. 30 dekabr 2021-ci il tarixinə Şanxay metro sistemi 20 xətt və 508 stansiyadan ibarət olub. COVID-19 pandemiyasının başlanmasından əvvəl orta gündəlik sərnişin axını 10 milyon nəfər təşkil edib.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri