16 
May
2022
16:30
116
65
2570
yuxarı
Gürcüstan azərbaycanlı turistlərdən neçə milyon dollar qazandı?
16 May, 2022
16:30
2570
116
65
Gürcüstan azərbaycanlı turistlərdən neçə milyon dollar qazandı?
Bu ilin aprel ayında Gürcüstanın beynəlxalq ziyarətçilərdən əldə etdiyi gəlirin məbləği 188,6 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.
Sənədə əsasən, həcm illik müqayisədə təxminən 4 dəfə çoxdur.
Hesabat ayında qonşu ölkənin əldə etdiyi gəlirin 6,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. Yanvar-aprel aylarında isə Azərbaycandan olan turistlər Gürcüstana 22,9 milyon ABŞ dolları qazandırıb.
Apreldə Gürcüstana ən çox gəlir gətirən ölkələrin ilk üçlüyünə Avropa İttifaqı ölkələri (20,8 milyon ABŞ dolları), Ukrayna (19,5 milyon ABŞ dolları) və Türkiyə (15 milyon ABŞ dolları) daxil olub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
26 
Apr
2024
23:36
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
16
48
872
26 
Apr
2024
22:32
Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - VİDEO
87
33
1229