18 
May
2022
07:55
20
164
2458
Virtual karabakh

İspaniyada “korluğa səbəb olan milçək” təhlükəsi: Turistlərə xəbərdarlıq edildi

18 May, 2022
07:55
2458

İspaniyada “korluğa səbəb olan milçək” təhlükəsi: Turistlərə xəbərdarlıq edildi

İspaniyada “korluğa səbəb olan milçək”lə bağlı narahatlıq yaranıb.

Xüsusilə, Əndəlüs, Araqon, Kataloniya, Madrir, Mursiya və valensiya kimi turizm bölgələrində rast gəlinən qara milçək dişləmələri ilə bağlı şikayətlər artıb.

Dişlədiyi zaman müvəqqəti korluq yaradan milçəklər barədə İspaniyanın turizm bölgələrində olan turistlərə xəbərdarlıq edilib.

Milçəyin Avropanın digər yerlərində də yayılıb-yayılmadığı hələlik məlum deyil. Eyni zamanda, İspaniyada da korluq halının hələ qeydə alınmadığı bildirilir.

Afrikada milçəyin dişlədiyi bəzi insanların kor olduqlarına dair məlumatlar olduğu vurğulanır.

Mənbə: Sondakika

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri