18 
May
2022
01:20
83
19
2096
Virtual karabakh

MMA döyüşçüsü mühafizəçilərlə münaqişəyə görə saxlanılıb - FOTO/VİDEO

18 May, 2022
01:20
2096

MMA döyüşçüsü mühafizəçilərlə münaqişəyə görə saxlanılıb - FOTO/VİDEO

MMA (mixed martial arts – qarışıq döyüş sənətləri) döyüşçüsü Asxab Maqomedov Moskvada, Kazan vağzalı yaxınlığındakı dayanacaqda mühafizəçilərlə dalaşdığına görə saxlanılıb.

Onun sözlərinə görə, münaqişə aprelin 25-də baş verib, Maqomedov BMW markalı avtomobillə qanunsuz şəkildə şlaqbaumu keçərək yol məhdudlaşdırıcısını yıxıb və vağzalın yaxınlığındakı dayanacağa daxil olub, daha sonra isə təhlükəsizlik əməkdaşları ilə münaqişəyə girib, dava düşüb. Onu yalnız nəqliyyat polisi sakitləşdirə bilib, lakin sonra sərbəst buraxıb.

Bildirilir ki, saxlanılan şəxs məsuliyyətə cəlb edilməmək üçün guya FTX əməkdaşının şəxsiyyət vəsiqəsini göstərib. Bu yolla da Maqomedova qarşı protokol tərtib edilməyib.

Maqomedovun adı mayın 6-na keçən gecə üç avtomobilin toqquşması nəticəsində dörd nəfərin xəsarət aldığı, daha bir nəfərin öldüyü Belarus vağzalı yaxınlığındakı rezonans doğuran qəza ilə bağlı da hallandırılıb. Qəza iştirakçılarından biri olan bloger Nekoqlayın sözlərinə görə, Maqomedov toqquşma zamanı avtomobilində olub.

Asxab Maqomedov həyatını döyüş sənətinə həsr etməsinə baxmayaraq, təəssüf ki, idmandakı qələbələri ilə deyil, qalmaqallı davranışları ilə məşhurlaşıb. 2021-ci ilin sentyabrında sosial şəbəkələr dağıstanlının öz həmkarını döydüyü qalmaqallı video ilə çalxalanmışdı. Bir neçə ay sonra o, dostlarının bir avtomobilin damında rəqs etdikləri və tapançalardan atəş açdıqları, sonra isə şəhər küçələrində sürət yarışı təşkil etdikləri əks olunan video yayımlayıb. 2022-ci ildə kədərli “rekordlar” siyahısına MMA döyüşçüsünün iştirakı ilə baş tutan və ölümlə nəticələnən qəza da daxil olub.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri