19 
May
2022
16:36
11
154
1169
Virtual karabakh

Zaporojye vilayətinin rəhbəri Baku TV-yə danışdı: “Rusiyalı hərbçilər gəncləri oğurlayırlar” - VİDEO

19 May, 2022
16:36
1169

Zaporojye vilayətinin rəhbəri Baku TV-yə danışdı: “Rusiyalı hərbçilər gəncləri oğurlayırlar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin əməkdaşı Rusiya-Ukrayna müharibəsi nəticəsində ərazisinin üçdəbiri işğal olunmuş Zaparojye vilayətində olub. 

Fevralın 24-də Rusiyanın Ukraynaya qəfil hücumu ilə başlayan hərbi əməliyyatın ilk günlərindən Zaporojye vilayətində ağır döyüşlər gedir. Müharibə nəticəsində vilayətin Melitopol, Tokmak, Vasilyevka və Enerqodar şəhərləri ilə yanaşı, bir neçə qəsəbəsi işğal olunub.

Daha çox qədim türk toponimləri ilə diqqət çəkən Zaporojye vilayətinin işğal olunan əraziləri dayanmadan Rusiya ordusu tərəfindən atəşə tutulur. Bunlardan biri Kamışevaxa qəsəbəsidir. Yeri gəlmişkən, Kamışevaxa qədim türk toponimi “Qamış” və “Oba” sözünü ifadə edir. 

“Əziz qardaş ölkənin vətəndaşları, baxın, torpağımıza gələn rusiyalı işğalçılar evimi, təsərrüfatımı nə günə qoyublar, itimi öldürüblər, - Kamışevaxa sakini Aleksandr Pristovko deyib. - Qəzəbimi sözlə ifadə etmək mümkün deyil. Yaşayış üçün lazım olan hər şeyi məhv ediblər. Rusiyalı hərbçilər qəsəbəmizə gələrək məni işimdən, xoşbəxt həyatımdan məhrum etdilər”. 

Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux isə bildirib ki, vilayətdə ikisi uşaq olmaqla 100-dən çox dinc sakin həlak olub, 40-ı azyaşlı olmaqla 500-ə yaxın insan yaralanıb.

“Bunlar hələ bildiyimiz rəqəmlərdir, çünki bəzi yaşayış məntəqələri blokadada olduğu üçün oralara çıxışımız yoxdur. Zaporojye Mariupoldan təxliyə olunan insanlar üçün müvəqqəti sığınacaq rolunu oynayır. 120 mindən çox mariupollunun yolu Zaporojyedən keçib. Ümumilikdə isə dörd milyondan çox insan bizim vilayətdən keçməklə daha təhlükəsiz yerlərə gedib. Bildiyiniz kimi, rusiyalı hərbçilər sakinləri oğurlayırlar. 280-dən çox təsdiqlənmiş girov sakinimiz var. Onlar əsasən gəncləri oğurlayıb səngər qazmağa məcbur edir, pullarını əllərindən alırlar”, - deyə o əlavə edib. 

Baku TV-nin əməkdaşı vilayətin Kamenski qəsəbəsində soydaşımıza da rast gəlib. O, şəxsi maşınının partladıldığını deyib. 

Qeyd edək ki, hazırda vilayətin digər bölgələrində, o cümlədən Zaporojye şəhərinin özündə müdafiə tədbirləri gücləndirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri