19 
May
2022
18:24
120
45
2604
Virtual karabakh

Əlişir Usmanov 30 il evli olduğu İrina Vinerdən boşanmaq üçün məhkəməyə müraciət edib - FOTO

19 May, 2022
18:24
2604

Əlişir Usmanov 30 il evli olduğu İrina Vinerdən boşanmaq üçün məhkəməyə müraciət edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın əvvəlində 68 yaşlı rusiyalı iş adamı, milyarder Əlişir Usmanov 73 yaşlı İrina Viner-Usmanovadan boşanmaq üçün 205 nömrəli aşağı instansiya məhkəməsinə (“mirovoy sud”) müraciət edib.

Bu instansiyada birgə əldə edilmiş əmlakla bağlı heç bir məsələ həll olunmur, yalnız nikahın faktiki pozulması baş verir. Tərəflərin nümayəndələri arasında söhbət bu gün, mayın 19-da baş tutub, bundan sonra cütlüyə yekun qərar vermək üçün təxminən iki həftə vaxt verilib.

Cütlük təxminən yarım əsr birlikdə yaşayıb, bunun 30 ili qanuni nikahda keçib, onların hekayəsi isə səhnələşdirilməyə layiqdir. İlk dəfə Usmanov və Viner gənclik illərində Daşkənddəki İdman Sarayında görüşüblər: oğlan qılıncoynatma, qız isə bədii gimnastika ilə məşğul olurdu. Cazibədar qız dərhal gənc Əlişirin diqqətini çəksə də, tanış olmağa cəsarət etməyib. Sonra Moskvaya gedib, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub, illər sonra təsadüfən paytaxtda küçədə bir-birilərinə rast gəliblər - İrina ona baxan gənci xatırlayıb.

Tezliklə Usmanov və Viner arasında ciddi münasibət başlayıb, lakin qabaqda onları ayrılıq gözləyirdi. 1980-ci ildə Özbəkistanın “qızıl gəncliyi”nin bir sıra nümayəndələri dələduzluqda və korrupsiya əməllərində iştirakda ittiham olunurdular. Şəhər prokurorunun oğlu olan Əlişir də onların arasında idi. O, səkkiz il azadlıqdan məhrum edildi. Onun həbsxanadan sevgilisinə göndərdiyi ipək yaylığını İrina Aleksandrovna hələ də saxlayır. Yerli adətlərə görə, bu, evlilik təklifi mənasını daşıyırdı. Usmanov yaxşı davranışına görə şərti azadlığa buraxıldı və 2000-ci ildə ona tam bəraət verildi.

Cütlük 1992-ci ildə evlənib. Ancaq bütün bu illər ərzində onlar birgə övlada sahib olmayıblar. Əlişir Burxanoviç İrina Aleksandrovnanın ilk evliliyindən olan Anton Vineri öz oğlu kimi böyütüb, onun xaricdə təhsil haqqını ödəyib və biznesində ona kömək edib.

İndi Usmanov 11,5 milyard dollar sərvəti ilə Rusiyanın ən varlı adamları reytinqində yeddinci yerdədir. Ən böyük aktivləri arasında “Metalloinvest”, “Udokanskaya med”, “Megafon”, “AliExpress Russia” və “Ackermann Cement” var. Viner Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti, bir neçə nəsil Olimpiya çempionları (o cümlədən Alina Kabaeva, Marqarita Mamun, Evgeniya Kanaeva) yetişdirmiş əfsanəvi məşqçidir. Birgə həyatları boyu cütlük bir-birini tamamlayıb və dəstəkləyib, lakin nədənsə ayrılmağa qərar veriblər.

Mənbə: Starhit

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri