20 
May
2022
06:07
179
11
2361
Virtual karabakh

İngiltərədə uşaqla birlikdə böyüyən ayaqqabılar satışa çıxarılacaq - FOTO

20 May, 2022
06:07
2361

İngiltərədə uşaqla birlikdə böyüyən ayaqqabılar satışa çıxarılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın “Pip&Henry” startapı uşağın yaşı artdıqca böyüyən uşaq idman ayaqqabısı hazırlayır - ayaqqabı onu geyinən uşağa çox kiçik olana qədər üç yarım ölçüyə qədər böyüyə bilir. İdeya müəllifləri hesab edirlər ki, onların kəşfi iqlim böhranı ilə mübarizəyə kömək edəcək.

Yaradıcıların fikrincə, texnologiya bir cüt ayaqqabının ömrünü ən azı iki dəfə artıracaq. Bu o deməkdir ki, zibilxanada tullantıların miqdarı da azalacaq.

Brendin yaradıcısı Jeru Dudmal uzanan ayaqqabı yaratmaq ideyasının qızı dünyaya gələndən sonra ağlına gəldiyini söyləyib.

“Pip&Henry” hazırda uzanan ayaqqabılar üçün altlıq variantları üzərində işləyir. Mümkün variantlar arasında uzanan və yerində bağlana bilən çevik material və ayaqqabıya quraşdırılmış sürüşmə mexanizmi var.

Ekoloji ayaqqabıların 2023-cü ildə satışa çıxarılması nəzərdə tutulur. Yaradıcılar idman ayaqqabısı üçün mümkün qədər aşağı qiymət təyin edəcəklərinə söz verirlər ki, mümkün qədər çox ailə ala bilsin.

Mənbə: knife.media

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri