23 
May
2022
17:36
17
284
1370
Virtual karabakh

Desnaya raket hücumu: Zelenski 87 nəfərin öldüyünü bildirdi

23 May, 2022
17:36
1370

Desnaya raket hücumu: Zelenski 87 nəfərin öldüyünü bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mayın 17-də işğalçıların Çerniqov vilayətinin Desna kəndinə endirdikləri aviazərbələr nəticəsində 87 nəfər həlak olub. Zərbə yerində dağıntıların altında qalanların çıxarılması yalnız bu gün başa çatıb”.

Bunu Prezident Volodimir Zelenski Dünya İqtisadi Forumu zamanı deyib.

Çıxışı zamanı prezidentə bir sıra suallar verilib. Ukraynanın gələcəyini necə gördüyü ilə bağlı suala cavab verərkən Zelenski Desnanı xatırlayıb.

“Bu gün biz Desna üzərində işi başa çatdırdıq. Təəssüf ki, statistika belədir: bu gün Desnada dağıntılar altında 87 qurban var. 87 meyit, qurbanlar, həlak olanlar - Ukraynanın gələcəyi artıq bu insanlarsız olacaq”, – deyə o qeyd edib.

Zelenski vurğulayıb ki, müharibə şəraitində olan bir ölkənin prezidenti kimi, o, Ukraynanın bu günü və hər gün nə qədər insanın öldüyü barədə düşünür.

Mənbə: Unian.net

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri