28 
May
2022
23:47
265
45
2601
yuxarı
Zelenski ənənəvi gecə müraciətini yayımlayıb - VİDEO
28 May, 2022
23:47
2601
265
45
Zelenski ənənəvi gecə müraciətini yayımlayıb - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqına ənənəvi gecə müraciətini ünvanlayıb.
Ukraynanın dövlət başçısı qeyd edib ki, hazırda cəbhədə vəziyyət mürəkkəbdir.
V.Zelenski vurğulayıb ki, Rusiya ordusu Severodonetsk, Lisiçansk, Baxmut və digər şəhərləri ələ keçirməyə cəhd göstərir.
Siyasətçi yeni silah təchizatı ilə bağlı xoş xəbərlərin olacağının anonsunu verib və Rusiyanın dünya dövlətləri tərəfindən rəsmi olaraq terrorçu dövlət və terrorizmin sponsoru kimi tanınmasının vacibliyini vurğulayıb.
Ukrayna Prezidenti Böyük Britaniyanın Baş naziri Boris Conson ilə Ukraynaya müdafiə dəstəyi və yanacaq tədarükü məsələsini müzakirə etdiyini də bəyan edib.
Mənbə: Segodnya
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək