İyn
2022
20:29
30
421
2562
Virtual karabakh

Banqladeşdəki yanğın nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB + VİDEO

5 İyn, 2022
20:29
2562

Banqladeşdəki yanğın nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Banqladeşin Çittaqonq limanındakı dəniz konteyner anbarında baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 49-a çatıb.

İnsident nəticəsində ən azı 300 nəfərin yaralandığını bildirilib.

Ölənlərin sayının daha da artacağı istisna edilmir.

Mənbə: TASS

14:47

Banqladeşdəki konteyner anbarında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 40-a çatıb.

Bu barədə Hindistan TV xəbər verib. Çattaqram Tibb Kollecinin dövlət xəstəxanasının polis əməkdaşının telekanala verdiyi məlumata görə, fəlakət səbəbindən azı 40 nəfər ölüb, 450-dən çox insan yaralanıb. “Hazırda meyitxanaya 40 cəsəd qəbul edilib”, - deyə o, bildirib.

Mənbə: indiatvnews.com

12:05

Banqladeşin Çittaqonq şəhərinin ətrafında yerləşən konteyner anbarında baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.

Bunu Banqladeşin Səhiyyə Departamentinin direktoru Həsən Şəhriyar deyib.

“Yanğın nəticəsində 5-i yanğınsöndürən olmaqla 25 nəfər həlak olub. Ölənlərin sayının artacağı gözlənilir. 450-dən çox insan xəsarət alıb”, - o deyib.

Qeyd edək ki, yanğın şənbə günü yerli vaxtla axşam saat 9 radələrində başlayıb və gecə yarısı anbarda güclü partlayış olub. Partlayışdan sonra yanğın sürətlə yayılıb. Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin şüşələri sınıb.

10:23

Banqladeşin Çittaqonq şəhərində konteyner anbarında yanğın olub.

Konteyner anbarında baş verən yanğında azı 17 nəfər ölüb, 170-ə yaxın insan yaralanıb.

Bu barədə yerli polisin rəhbəri Abul Kalam Azad məlumat yayıb.

"Hazırda 17 nəfər ölüb. Ən azı 40 yanğınsöndürən və 10 polis də daxil olmaqla 170-ə yaxın insan yaralanıb. Hadisə üç yanğınsöndürən ölüb", - o deyib.

Yaralılar xəstəxanalara çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri