İyn
2022
23:40
109
32
2017
Virtual karabakh

Bred Pitt Ancelina Colini rusiyalı oliqarxla əlbir olmaqda ittiham edir

7 İyn, 2022
23:40
2017

Bred Pitt Ancelina Colini rusiyalı oliqarxla əlbir olmaqda ittiham edir

58 yaşlı amerikalı aktyor və kinoprodüser Bred Pitt keçmiş həyat yoldaşı, 47 yaşlı aktrisa Ancelina Colini sənətçidən qisas almaq üçün rusiyalı oliqarxla əlbir olmaqda ittiham edib.

Bu barədə “DailyMail” məlumat yayıb.

“Bir zamanlar Hollivudda” filminin ulduzunun keçmiş həyat yoldaşının 2021-ci ildə Pittin özünə məxsus “Mirava” şərab zavodunda payını satdığını və bu faktı da qəsdən aktyordan gizlətdiyini biləndə qəzəbləndiyi bildirilir. Səhmin alıcısı isə rusiyalı oliqarx və alkoqol maqnatı Yuri Şefler olub.

Keçmiş cütlük arasında məhkəmə prosesi üçün təqdim olunan sənədlərdə aktyorun vəkilləri Şeflerin əvvəldən “zəhərli niyyətləri” olduğunu və Pittin şərab biznesindəki bütün paylara sahib olmağı planlaşdırdığını göstəriblər.

“Coli bundan xəbərdar idi, Şefler və onun filiallarının Pitt tərəfindən qurulan biznesə nəzarət etməyə çalışacağını, həmçinin sənətçinin “Mirava”dakı sərmayəsini pozacağını düşünürdü”, - deyə məhkəmədə bildirilib.

Aktyorun vəkilləri bildiriblər ki, Colinin bu hərəkəti məhkəmənin keçmiş həyat yoldaşlarına beş azyaşlı övladlarına bərabər himayədarlıq verilməsi ilə bağlı ilkin qərar çıxarması, “Malefisenta” ulduzunun isə onları özünün böyütməyi planlaşdırması ilə bağlıdır.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri