İyn
2022
15:06
142
30
719
Virtual karabakh

“Liderlik əfsanəsi”: Zelenski ABŞ-da nüfuzlu mükafata layiq görülüb

9 İyn, 2022
15:06
719

“Liderlik əfsanəsi”: Zelenski ABŞ-da nüfuzlu mükafata layiq görülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident Volodimir Zelenski Nyu-Yorkda “Liderlik əfsanəsi” mükafatına layiq görülüb. Bu mükafat özündən sonra miras qoyan, ilhamlandıran, qəhrəmanlıq göstərən və mədəniyyətlərə, sənayelərə və ya ölkələrə təsir edən dünya liderlərinə təqdim olunur.

Ukrayna dövlət başçısının Ofisindən verilən məlumata görə, bu barədə Zelenskinin videokonfrans vasitəsilə iştirak etdiyi “Yale CEO” sammiti (“Yale” şirkətinin icraçı direktorlarının sammiti) zamanı məlumat verilib.

Qeyd olunur ki, Ukrayna Prezidenti bu mükafata görə təşəkkür edib və onu bütün Ukrayna xalqı üçün mükafat kimi qəbul etdiyini qeyd edib.

Nyu-Yorkda dövlət başçısına verilən mükafatı Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa qəbul edib.

Dövlət başçısı Ukraynaya verdiyi dəstəyə görə ABŞ xalqına, biznesinə və dövlətinə təşəkkür edib.

Onun fikrincə, məhz dünya birliyinin birləşməsi sayəsində təcavüzkara qarşı sanksiyaların tətbiqi, Ukraynaya silahların verilməsi, siyasi və iqtisadi dəstək və sair vasitəsilə birgə müqavimət mümkün olur.

Eyni zamanda Zelenski vurğulayıb ki, Ukraynada müharibə davam edir və dünya bunu unutmamalıdır.

Bundan əvvəl Volodimir Zelenskinin Böyük Karl Avropa Mükafatına layiq görüldüyü bərədə məlumat verilmişdi. Həmin mükafat Britaniya dövlət xadimi Uinston Çörçill və Papa II İohann Pavelə təqdim edilib.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri