10 
İyn
2022
13:12
100
14
1461
Virtual karabakh

Nikolayev rəhbəri Baku TV-yə danışdı: “Rusiyalı analar oğullarına inanmırlar” - VİDEO

10 İyn, 2022
13:12
1461

Nikolayev rəhbəri Baku TV-yə danışdı: “Rusiyalı analar oğullarına inanmırlar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatda hazırda həlledici rol oynayan cəbhə xətti Nikolayev istiqamətindədir. Rusiya ordusu Ukraynanın əks-hücumuna qarşı Nikolayevdəki yaşayış məntəqələrini raketlərlə atəşə tutur. Bu isə vilayətdə humanitar böhrana səbəb olur”.

Vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim Nikolayevdəki son vəziyyət barədə Baku TV-nin Şərqi Avropa bürosuna danışıb.

O qeyd edib ki, irəliləyiş kilometrlərlə deyil, Silahlı Qüvvələrimizin mövqeləri baxımından müəyyən edilir.

“Hazırda hədəflərin vurulması baxımından üstünlüyümüz var. Düşmən böyük itkilər verir. Təkcə son 3-4 gündə Rusiya ordusu iki bölük itirib. Uğurlarımızı artırmaq üçün silah-sursat və hərbi texnika alırıq. Silahlı Qüvvələrimiz arasında itkiləri azaltmaq üçün güc toplayırıq”, - deyə o bildirib

Vitali Kim rusiyalı hərbçilərə və onların valideynlərinə də müraciət edib:

“Heç kim müharibə istəmir, amma bizim olanı da heç kəsə verən deyilik. Rusiya telekanallarında deyilənlər sadəcə təbliğat xarakteri daşıyır. Burada olan rusiyalı hərbçilərin özləri də bunu görürlər. Rusiyalı analar isə oğullarına inanmırlar, ailələrdə mübahisələr yaranır, çünki televiziya kanallarında göstərilənlər insanların beynini yumağa yönəlib. Ukraynada nə millətçilər, nə də “banderaçılar” var. Bütün bunlar yalandan başqa bir şey deyil. Biz bu torpaqda yaşamışıq, bundan sonra da yaşayacağıq”.

Qeyd edək ki, Nikolayevdə ağır artilleriya döyüşləri davam edir. Ukrayna ordusunun Nikolayev istiqamətindən işğal olunan Xerson vilayətinə əks-hücum əməliyyatı nəticəsində 20 kilometr daxil olduğu bildirilir.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri