13 
İyn
2022
13:06
18
111
2433
Virtual karabakh

Dəmirdən asılı qalan oğrudan ev sahibinə maraqlı açıqlama: “Çay içməyə gəlmişdim” - VİDEO

13 İyn, 2022
13:06
2433

Dəmirdən asılı qalan oğrudan ev sahibinə maraqlı açıqlama: “Çay içməyə gəlmişdim” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda, Bayrampaşa rayonunun İsmətpaşa məhəlləsində maraqlı hadisə yaşanıb. Verilən məlumata görə, öncəki gün saat 2 radələrində şübhəli şəxs oğurluq üçün bir binaya girmək istəyib. Bu məqsədlə yağış borularından yapışaraq “hörümçək adam” kimi yuxarı dırmaşıb. Lakin pəncərədən içəri girə bilməyib və geri qayıtmağa qərar verib. Lakin aşağıya endiyi zaman dəmir barmaqlıqlara ilişib. Xilas olmaq üçün çabaladığı zaman onun səsinə ev sahibi oyanıb.

Ev sahibinin: “Sən kimsən? Burada nə işin var?” - sualına oğru qəribə cavab verib.

“Üst qonşuya çay içməyə gəldim”, - deyə o, hərəkətini açıqlamağa çalışıb.  

Ev sahibləri oğrunu tutaraq döyməyə başlayıblar. Lakin bir müddət sonra oğru onların əlindən qurtulub qaçmağa nail olub.

Ev sahiblərinin şikayəti ilə hadisə yerinə gələn polis qrupları oğurluq edən şəxsin tapılması üçün ərazidə axtarış tədbirlərinə başlayıb.

Mənbə: Milliyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri