20 
İyn
2022
11:54
321
11
2602
Virtual karabakh

PYD/YPG liderinin sağ əli avtomobilində məhv edildi: Əməliyyatın detalları - FOTO

20 İyn, 2022
11:54
2602

PYD/YPG liderinin sağ əli avtomobilində məhv edildi: Əməliyyatın detalları - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə-İraq sərhədinin 275-ci kilometrliyində MİT-in PUA ilə apardığı əməliyyatla suriyalı terrorçu Hüseyn Şibli avtomobilində vurulub.

Qəndilin İraqda yeni strukturlaşma üçün təyin etdiyi Şibli ABŞ komandirləri ilə görüntüləri yayılan PYD/YPG lideri Ferhat Abdi Şahinin sağ əli olub.

PKK/YPG terrorçusu Hüseyn Şibli bir müddət əvvəl terror təşkilatının qondarma Qəndil rəhbərliyi tərəfindən İraqa təyinatla göndərilib. “Ferhat Derik” ləqəbli Şiblinin Qəndildəki terror qruplaşması başçıları ilə mütəmadi əlaqədə olduğu və İraqda yeni bir terror təşkilatının yaradılmasına töhfə verməyi hədəflədiyi müəyyənləşib.

Mənbə: Hürriyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri