24 
İyn
2022
08:39
94
138
4962
Virtual karabakh

Ryazanda təyyarə qəzaya uğradı: Ölənlər və çox sayda yaralı var - VİDEO

24 İyn, 2022
08:39
4962

Ryazanda təyyarə qəzaya uğradı: Ölənlər və çox sayda yaralı var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ryazan vilayətində “İl-76” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ryazan vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, təyyarənin göyərtəsində olan doqquz nəfərin dördü həlak olub.

“Təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb. Beş nəfər xəstəxanaya yerləşdirilib”, - deyə bildirilir.

Belqorod-Orenburq marşrutu üzrə uçan təyyarə Dyaqilevoda yanacaq doldurmaq üçün eniş edib.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, “İl-76” hərbi-nəqliyyat təyyarəsi mühərrik nasazlığı səbəbindən Ryazan vilayətində sərt eniş edib. Məlumata görə, təlim uçuşu zamanı müəyyən edilmiş mühərrik nasazlığı səbəbindən ekipaj yerə enməyə qərar verib və təyyarə yerlə təmasda olduqdan sonra qəzaya uğrayıb. Xəsarət alan ekipaj üzvləri xəstəxanalara çatdırılıb.

Qəza yerində baş verən yanğın söndürülüb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri