24 
İyn
2022
09:12
13
132
1839
Virtual karabakh

Rusiyadan idarə edilən “Telegram” kanalı Ukraynadakı mülki şəxslərin qətlinin təlimatını yayıb - FOTO

24 İyn, 2022
09:12
1839

Rusiyadan idarə edilən “Telegram” kanalı Ukraynadakı mülki şəxslərin qətlinin təlimatını yayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyadan idarə edilən “Rusiç” “Telegram” kanalı vasitəsi ilə Ukrayna vətəndaşlarının qətlinə çağırış edilib.

Rusiya hərbçilərinə verilən təlimatda işğal etdikləri ərazidən hər-hansı foto və video çəkiliş etməmək, mülki əhalidən qida götürməmək, həmçinin hər yerdə kameraların olduğunu unutmamaq barədə tövsiyələr yer alır.

Rusiya hərbçilərinə xüsusən mobil telefonlardan istifadə zamanı diqqətli olmaq, “WhatsApp”, “Viber” kimi proqramların istifadəsindən çəkinmək tövsiyə edilir.

“Qısa danışın, şəxsi və xidməti məlumatlarınızı telefon danışığı zamanı dilinizə gətirməyin. Əgər nəyisə düz etmədinizsə, çalışın ki, yerlilər arasında bu əməlinizin şahidi qalmasın”, - “Telegram” kanalın təlimatlarında qeyd olunur.

Qeyd edək ki, “Rusiç” “Telegram” kanalı müharibənin başladığı ilk gündən Rusiya ordusunun işğalçı fəaliyyətinə aktiv media dəstəyi verir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri