27 
İyn
2022
03:52
20
64
1355
Virtual karabakh

Mini müştərilərə avtomobil əvəzinə nəhəng pazllar göndərəcək

27 İyn, 2022
03:52
1355

Mini müştərilərə avtomobil əvəzinə nəhəng pazllar göndərəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMW şirkətinin ABŞ nümayəndəliyi “Mini” avtomobilini sifariş edən və onu gözləyən müştərilərə pazl göndərəcək.

Pazl avtomobilin ölçülərinə uyğun olacaq.

Şirkətdən verilən məlumata görə, bu yolla “Mini” öz müştərilərini yeni avtomobil üçün növbə gözləyərkən maraqlı işlə məşğul etmək istəyir və onları unutmadığını xatırladır.

Sifarişlərin gecikməsi isə yüksək tələbat və avtomobil sənayesinin üzləşdiyi avtomobil komponentlərinin tədarük zəncirindəki fasilələrlə əlaqələndirilir.

Qeyd edək ki, ingilis avtomobil markası “Mini” 1994-cü ildən BMW-yə məxsusdur.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri