28 
İyn
2022
14:42
187
19
1409
Virtual karabakh

Ərdoğan: “Mitsotakislə ikitərəfli görüşümüz mümkün deyil”

28 İyn, 2022
14:42
1409

Ərdoğan: “Mitsotakislə ikitərəfli görüşümüz mümkün deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yunanıstanla danışıqlarda araya üçüncü şəxsləri daxil etməyəcəyimiz barədə razılaşsaq da, o, ABŞ Senatında Türkiyəyə qarşı çıxış etdi”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə NATO sammiti öncəsi hava limanında açıqlama verərkən deyib.

“Yunanıstanın baş naziri qonağım idi. Bundan sonra təkbətək danışıq aparacağımıza və aramıza üçüncü şəxsləri daxil etməyəcəyimizə dair razılaşdıq. İki-üç həftə keçdi, ABŞ-a getdi və Senatdakı çıxışında Türkiyəyə qarşı çıxış etdi. Bunların nə olduğunu bilirik. Türkiyəyə qarşı ləyaqətli mövqe gözləyirik. Bu mövqeni nümayiş etdirməyənlərə münasibətimiz bəllidir. Mənim (Yunanıstanın baş naziri) Mitsotakislə ikitərəfli görüşüm mümkün deyil. Yunanıstanla Yüksək Səviyyəli Strateji Şura iclasımızı ləğv etdik. Durub Mitsotakisin mümkün görüş istəyinə “hə” deyə bilərikmi? O məsələ bitdi. Əgər özlərinə gəlsələr, planlaşdırıb yol xəritəsi çəkə bilərik”, - deyə Ərdoğan bildirib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri