30 
İyn
2022
13:12
12
120
2821
Virtual karabakh

Almaniyada kişi kəsilmiş başla məhkəmə binasına getdi - FOTO/VİDEO

30 İyn, 2022
13:12
2821

Almaniyada kişi kəsilmiş başla məhkəmə binasına getdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada kişi əlində kəsilmiş başla məhkəmə binasına gəlib və hər kəsin gözü qarşısında onu pilləkənlərin üstünə qoyub. Qorxunc hadisə Bonn şəhərində qeydə alınıb.

Şahidlər dərhal polisə məlumat veriblər.

“Kişi başın bir neçə metrliyində oturmuşdu. Mən sadəcə saça diqqət yetirdim və əvvəlcə bunun oyuncaq ayı olduğunu düşündüm. Daha sonra polis gəlib orada oturan şəxsi həbs etdi. Sonra, deyəsən, mərhumun yaxınları gəldilər, yəqin ki, onu identifikasiya etdilər, sonra göz yaşları içində getdilər”, - deyə şahidlərdən biri danışıb.

38 yaşlı kişi hadisə yerində saxlanılıb. O, heç bir müqavimət göstərməyib və etiraf edib ki, qətlə yetirilən şəxsin meyitini məhkəmə binasından bir qədər aralıda, Reyn çayının sahilində qoyub.

Ölən şəxs 44 yaşlı kişi olub. Həm şübhəli, həm də qurbanı evsiz olublar, onların əlaqəsinin təfərrüatı araşdırılır. Qətldə istifadə olunan silah hələ də tapılmayıb.

Cinayət işi açılıb, istintaqa başlanılıb.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri