30 
İyn
2022
16:12
22
175
1050
Virtual karabakh

Ukraynada nüvə təhlükəsi: Rusiyalılar Zaporojye AES-də soyuducu hovuzları qurutmaq istəyirlər

30 İyn, 2022
16:12
1050

Ukraynada nüvə təhlükəsi: Rusiyalılar Zaporojye AES-də soyuducu hovuzları qurutmaq istəyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Soyuducu hovuzların qurudulması ciddi pozuntudur və nüvə təhlükəsizliyini təhdid edə bilər.

İşğal olunmuş Enerqodarda rusiyalılar Zaporojye AES-in işçilərini atom elektrik stansiyasının soyuducu hovuzlarını qurutmağa məcbur edirlər.

Bu barədə “Energoatom” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Nüvə terroru aktlarının törədilməsinə görə məsuliyyətdən azad olmaq üçün rusiyalı hərbçilər ukraynalı nüvə mütəxəssislərinə qarşı zor tətbiq edirlər. İndi onlar zorakılıq və işgəncədən istifadə edərək stansiyanın hidrotexniki idarəsinin işçilərini vadar edirlər ki, Zaporojye AES və Milli Nüvə Enerjisi İstehsalat Şirkəti olan “Energoatom” dövlət müəssisəsinin rəhbərliyi üçün bu hovuzların qurudulması zərurəti ilə bağlı əsaslandırılmalar uydursunlar”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, rusiyalı hərbçilər iyunun 29-da çoxsaylı bədən xəsarətləri ilə Enerqodar xəstəxanasına çatdırılan Zaporojye AES hidrosexinin dalğıcı Andrey Qonçaruku şiddətli şəkildə döyüblər.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri