İyl
2022
15:12
124
35
683
Virtual karabakh

Finlandiya və İsveç xarici işlər nazirləri alyansa qoşulmaq haqqında protokol imzaladılar

5 İyl, 2022
15:12
683

Finlandiya və İsveç xarici işlər nazirləri alyansa qoşulmaq haqqında protokol imzaladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Finlandiya və İsveçin xarici işlər nazirləri Pekka Haavisto və Ann Linde, eləcə də 30 NATO ölkəsinin səfirləri çərşənbə axşamı NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki şimal ölkəsinin Şimali Atlantika Alyansına qoşulması haqqında protokolları imzalayıblar.

Sənədlər bütün NATO dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra Finlandiya və İsveç Alyansın üzvü olacaqlar.

“Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu, Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə güclənəcəyik”, - deyə NATO-nun Baş katibi Yens Stoltenberq mərasimdə bildirib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri