23 
İyl
2022
00:50
255
33
645
Virtual karabakh

Amerikalı senatorlar Rusiyanın Ukraynada törətdiklərinin soyqırımı kimi tanınmasını istədi

23 İyl, 2022
00:50
645

Amerikalı senatorlar Rusiyanın Ukraynada törətdiklərinin soyqırımı kimi tanınmasını istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ senatorları Cim Riş və Ben Kardin Rusiyanın Ukraynadakı hərəkətlərini, xüsusən deportasiyaları və mülki şəxslərin qəsdən öldürülməsini Ukrayna xalqının soyqırımı kimi tanıyan qanun layihəsini təqdim ediblər.

Bu barədə Senatın Xarici Əlaqələr Komitəsinin saytında yerləşdirilən məlumatda deyilir.

“Rusiyanın Ukraynada etdiklərinin soyqırımı olduğuna şübhə yoxdur”, - deyə Riş qeyd edib.

“Keçən ay mən gəzdiyim kimi, Kiyev, İrpen və Qostomel küçələrində gəzə bilsəydiniz və rus əsgərlərinin etdiklərinə dair hekayələri dinləyə bilsəydiniz, bunun soyqırım olduğuna əmin olardınız. Beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynanın hər yerində çoxsaylı hərbi cinayətlərini sənədləşdirir. Birləşmiş Ştatlar və dünya bunu belə tanımalıdır”, - deyə o, vurğulayıb.

Mənbə: Evropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri