27 
İyl
2022
07:50
41
118
3652
Virtual karabakh

II Elizabetin ən sevdiyi yeməklər məlum oldu

27 İyl, 2022
07:50
3652

II Elizabetin ən sevdiyi yeməklər məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aşpaz Darren MakQredi Britaniya kreliçası II Elizabetin sevmədiyi qida məhsullarını açıqlayıb.

Kral sarayının keçmiş baş aşbazının sözlərinə görə, əlahəzrət makaron və çörəyə nifrət edir.

Lakin o, balıq, ət və tərəvəz yeməklərini sevir.

Aşpaz bildirib ki, kraliçanın sevmədiyi yeməklər arasında sarımsaq da var.

Məlumata görə, II Elizabet səhər 9-da günə ərik və qara gavalı qurusu, qoz-fındıqla birlikdə qarğıdalı lopasından ibarət səhər yeməyi ilə başlayır. Yaxud da səhər yeməyinə qaynadılmış yumurta və ya marmeladlı çayla tost yeyir. Saat 13:00-da kraliçanın naharı ispanaq və balqabaqla qızardılmış balıqdan ibarət olur. Axşama isə əlahəzrət quş əti yeməyi sevir.

Həmçinin, II Elizabet günortadan sonra çayla keks yeməyi xoşlayır.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri